Xəbəri Kokpitdə Oxuyun!

T.Taponen MP Motorsport-a keçib

Tuukka Taponen 2026-cı ildə Formula 3-də karyerasını davam etdirəcək. Bu gün Ferrari-nin Gənclər Akademiyasının üzvünün ART Grand Prix komandasından MP Motorsport-a keçidi rəsmən elan olunub.

Kokpit.az xatırladır ki, finlandiyalı pilot 2025-ci ildə üç dəfə podiuma yüksəlib. 18 yaşlı sürücünün ən yaxşı nəticəsi Monakoda şənbə sprintində qazandığı ikinci yer olub. Debüt mövsümünün yekununda Taponen 67 xal toplayaraq, çempionatda doqquzuncu yeri tutub.

Tuukka Taponen: “Formula 3-də ikinci mövsümüm üçün MP Motorsport-a qoşulduğuma görə çox sevinirəm. Gələcək planlarımın bu qədər tez təsdiqlənməsi əladır. Bu o deməkdir ki, qışda bizi Ferrari Gənclər Akademiyası və komanda ilə birgə məhsuldar iş gözləyir. Birlikdə 2026-cı il mövsümünə mümkün qədər yaxşı hazırlaşacağıq.

MP Motorsport çempionatın aparıcı komandalarından biridir və bu mövsüm üçüncü yeri tutub. Onların ailəsinin bir hissəsi olmaq və uğuru daha da inkişaf etdirmək üçün səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et