Amma gündüz isti havada asfalt quruyur, ona görə Formula 1 pilotları adətən quru trasda işləyirlər.
Kokpit.az xəbər verir ki, həftəsonu ərzində Sinqapurda hava stabil isti olacaq, gündüz temperatur 31–32 dərəcəyə qalxacaq. Səma az buludlu, rütubət 80% olacaq və mülayim şərq küləyi əsəcək. Hər üç gün səhər saatlarında yağış və ildırım gözlənilir.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru trasda keçirilmişdi.
Şərh əlavə et