Teorik cəhətdən Sinqapur trası Ferrari maşınlarına uyğun gəlir, amma monakolu sürücü möcüzə gözləmir – çünki bu tras McLaren-ə də uyğun gəlir…
Şarl Lekler: “Burada möcüzə gözləmirəm. Bakıda maşınımız sürətli idi. Bizin orada rəqabətədavamlı olmadığımızı demək olmaz. Sadəcə sıralanma turunda ən yaxşı işimizi görmədik. Bu baxımdan, burada nəticə daha yaxşı ola bilər, ancaq sürət təxminən eyni olacaq.
Yəqin ki, McLaren bu trasda böyük üstünlük əldə edəcək, biz isə arxada qalacağıq, lakin yenə də Mercedes-i qabaqlamalıyıq. Ötən illə müqayisədə vəziyyət dəyişib. Sadə dillə desək, hava soyuq olanda Mercedes daha sürətlidir, isti olanda isə biz. Yəqin ki, qalan yarışlarda nəticəyə trasın xüsusiyyətlərindən çox bu amil təsir göstərəcək. Bu həftəsonu hava isti olacaq. Bu, Mercedes-lə mübarizədə bizim üçün şansdır və ondan istifadə etməliyik.
Bu mövsüm yarış qazana biləcəyikmi? Çox güman ki, yox. İsti olanda biz sürətliyik, amma bu şərtlər McLaren-ə də uyğundur, onlar isə bizdən daha sürətlidirlər. Mercedes-lə mübarizədə biz vaxtaşırı üstünlük əldə edəcəyik, ancaq McLaren qədər asfaltayatma qüvvəmiz yoxdur. Lakin “heç vaxt heç vaxt demə”. Görək, burada necə olacaq. Las-Veqasda da bir şans ola bilər. Qələbə üçün xeyrimizə olan təsadüflərin üst-üstə düşməsi lazımdır”.
Şərh əlavə et