Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Sinqapura xüsusi geyimlə hazırlaşır

Hypebeast, Oracle Red Bull Racing və Castore birlikdə ənənəvi komanda uniforması dizaynlarından kənara çıxaraq, Formula 1-in gənc və enerjili auditoriyası üçün xüsusi kolleksiya hazırlayıblar.

Komansanın işçiləri kolleksiyanı  bu həftəsonu Sinqapurda və noyabrda baş tutacaq Las-Veqasda sınaqdan keçirəcəklər.

Kolleksiyaya qısaqol polo köynək, uzunqol sviter və yağmurluq daxildir. Onlar rəqəmsal kamuflyaj üslubunda hazırlanıb, dizaynda avtosport və küçə modasının elementləri birləşdirilib. Aksentlər isə 3M reflektor materialı ilə vurğulanıb.

Hypebeast x Oracle Red Bull Racing x Castore kolleksiyasının debütü 5 oktyabrda Sinqapur Qran Prisində baş tutacaq və komandanın, həmçinin şirkətlərin rəsmi saytlarında satışa çıxarılacaq.

Oracle Red Bull Racing-in kommersiya direktoru Nik Stoker bildirib: “Bu layihə Castore və Hypebeast ilə birlikdə brendlərin yaradıcı əməkdaşlığında yeni standart müəyyənləşdirdi. Sinqapur və Las-Veqas təqvimdə unikal Qran Prilərdir, dizayn bu şəhər mərkəzində keçirilən gecə yarışlarının enerjisini və atmosferini əks etdirir. Hypebeast ilə bu kolleksiyanın buraxılması bizə azarkeşlərimiz üçün önəmli məkanlarda çıxış etməyə imkan verir. Mən komandanın Sinqapurda yeni obrazda trasda görünməsi üçün səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et