Xəbəri Kokpitdə Oxuyun!

P.Fittipaldi Cadillac-a qatılıb

Pietro Fittipaldi 2026-cı ildə Formula 1-də debütə hazırlaşan Cadillac komandasına qatılıb.

Braziliyalı sürücü simulyator üzrə test-pilot kimi müqavilə imzalayıb və artıq bir neçə aydır Cadillac-ın debütə hazırlığında iştirak edir. Lakin Pietro müqavilə barədə rəsmi açıqlamanı yalnız bu gün verib.

Pietro Fittipaldi: “Formula 1-də Cadillac komandasına qoşulduğumu nəhayət elan edə bildiyim üçün çox qürurluyam! Son bir neçə ayda biz birlikdə 2026-cı il maşınının inkişafı üzərində işləyirik, simulyatorda testlər və tam yarış həftəsonu ssenarilərinin imitasiyasını həyata keçiririk.
Mənim üçün Cadillac kimi əfsanəvi bir brendin bir hissəsi olmaq böyük şərəfdir”.

Pietro Fittipaldi 2020-ci ilin sonunda Roman Qrojanı əvəz edərək, Haas maşını ilə iki dəfə Formula 1 yarışına çıxıb. Braziliyalı sürücü 2022-ci ildə iki cümə sərbəst yürüşündə iştirak edib, sonrakı illərdə isə Haas-ın ehtiyat sürücüsü olub.

Rauf Hacıyev

Şərh əlavə et