Xəbəri Kokpitdə Oxuyun!

McLaren Dann ilə əməkdaşlığı sonlandırıb

McLaren komandası gənc sürücülər proqramının iştirakçısı, irlandiyalı pilot Aleks Dannla yollarını ayırıb.

Dann ötən il Formula 3-də debüt etdiyi mövsümdə McLaren-ə qoşulmuşdu. 2025-ci ildə isə o, Formula 2-yə keçib və mövsümün bitməsinə iki mərhələ qalmış çempionatda beşinci yerdə qərarlaşıb. Bundan əlavə, Aleks artıq Şpilberq və Montsada iki cümə sərbəst yürüşündə iştirak edib.

Böyük Britaniya komandasının qısa açıqlamasında deyilir: “McLaren Racing gənc sürücülərin inkişaf proqramının üzvü Aleks Dannla müqaviləni ləğv edib. Son bir ildə onunla işləmək, uğurlarına və inkişafına töhfə vermək bizim üçün xoş idi. Əməkdaşlıq dərhal dayandırılır. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Paddokdan gələn məlumata görə, tərəflər Dannın karyerasının gələcək inkişafı ilə bağlı ortaq məxrəcə gələ bilmədiklərindən əməkdaşlıq dayandırılıb.

Rauf Hacıyev

Şərh əlavə et