Xəbəri Kokpitdə Oxuyun!

M.Stenshorn Rodin ilə yarışacaq

Rodin Motorsport Formula 2 komandası 2026-cı il mövsümü üçün ilk sürücüsünün adını açıqlayıb. Bu, McLaren-in gənclər proqramının üzvü Martinius Stenshorn olub.

Kokpit.az xatırladır ki, norveçli sürücü bu il Formula 3-də çıxış edib və iki qələbə qazanıb, beş dəfə podiuma yüksəlib. 19 yaşlı sürücü çempionatda beşinci yeri tutub.

Qeyd edək ki, Martinius Azərbaycan Qra Prisində Trident komandasının heyətində Formula 2-də debüt edib, lakin hər iki yarışda da finişə çata bilməyib.

Martinius Stenshorn: “2026-cı ildə Formula 2-də Rodin Motorsport-a qoşulduğum üçün çox sevinirəm. Bu, karyeramda böyük addımdır və komandaya mənə olan inamı və dəstəyi üçün minnətdaram. Mövsüm bitdikdən sonra Əbu-Dabidəki testləri səbirsizliklə gözləyirəm. Gələn il trasda tam gücümlə çıxış edəcəyəm!”

Rauf Hacıyev

Şərh əlavə et