MDB dövlətləri və ərəb ölkələrindən 30 dan çox nümayəndənin qatıldığı konfransdan öncə iştirakçılar, Fövqəladə Hallar Nazirliyinin akademiyasının rəhbər heyəti Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv şirkətlər tərəfindən təqdim edilən hibrid və elektrik avtomobillərə baxış keçirdilər. Onlara avtomobillərin özəllikləri və satış sonrası xidmətləri barədə məlumatlar təqdim edildi.
Konfransı giriş sözü ilə akademiyanın rektoru general-mayor Baba Salayev açdı. Daha sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev “Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi” mövzusunda çıxış etdi.
Konfrans çərçivəsində xarici ölkələrdən olan iştirakçılar ilə yerli mütəxəsislərin çıxışları və maraqlı polemikaları oldu.
Konfransın sonunda spikerlərə xüsusi sertifikatlar təqdim edildi.
Şərh əlavə et