Confluent komandanın maşın, boks və baza arasındakı məlumat mübadiləsində kömək göstərəcək. Şirkətin loqotipi komandanın maşınlarında Halo və saydpodlarda yer alacaq.
Komandanın texniki direktoru Tim Goss: “Hər dövrə bizə yeni bir şey öyrədir və nə qədər tez öyrənsək, bir o qədər yaxşı oluruq. Confluent-in texnologiyaları sayəsində məlumatlar rəqabət üstünlüyünə çevrilir. Bu, təkcə yarış vaxtı daha səmərəli qərarlar qəbul etməyə kömək etməyəcək, həm də yarışdan sonra düzgün nəticələr çıxarmağa imkan verəcək. Bütün bunlar bizə liderlərdən geri qalmağı azaltmağa şərait yaradacaq”.
Şərh əlavə et