Xəbəri Kokpitdə Oxuyun!

B.del Pino VAR-da çıxış edəcək

Formula 3-ün Van Amersfoort Racing (VAR) komandası gələn mövsüm üçün heyətini tam formalaşdırıb.

Komanda üçüncü pilotla müqavilə imzalayıb. O, cari mövsümü MP Motorsport ilə keçirən və indi VAR-a keçən ispan Bruno del Pinodur.

Bruno del Pino: “VAR komandasına qoşulmaq imkanına sahib olduğum üçün qürur duyuram. Bu layihə məni ilhamlandırır, göstərilən etimada görə komandaya təşəkkür edirəm. 2026-cı ildə trasda öz imkanlarımı göstərmək və komandaya əla nəticələr qazanmaqda kömək etmək üçün səbirsizlənirəm. Bunun üçün çox çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et