Buna görə də Sinqapur Qran Prisi həftəsonunda həm pilotlar, həm də bolidlər ciddi formada yüklənir, trasın döngəli quruluşu isə əlavə çətinliklər yaradır. Lakin yarış süni işıqlandırma altında axşam keçirilir və bu vaxt istinin bir qədər azalması müşahidə olunur.
Mövsümün bu mərhələsinə italyan şirkəti keçənilki ilə eyni tərkibləri gətirib: ən sərt C3, Medium kimi C4, Soft kimi isə C5 tərkiblərdən istifadə olunacaq.
Pirelli-nin Sinqapur Qran Prisinə həsr olunmuş mətbuat relizində qeyd olunur ki, yeni və ən yumşaq C6 tərkibini Marina Bey trasında tətbiq etmək mümkün olmayacaq, çünki 19 döngə ərzində həm fiziki, həm də istilik yüklənməsi çox yüksəkdir və bu, təkərlərin həddindən artıq qızmasına səbəb ola bilər.
Yüksək temperaturun təsiri yarış ərzində təkərlərin intensiv yeyilməsinin əsas səbəbinə çevrilir. Elə buna görə də bazar günü keçiriləcək yarış üçün ən uyğun seçim Hard və Medium olacaq. Ancaq ehtimal var ki, bəzi pilotlar ən yaxşı asfaltla ilişmə verən Soft təkərlə start alsınlar.
İki il əvvəl ötmələri artırmaq üçün trasın quruluşunda müəyyən dəyişikliklər edilsə də, Sinqapurda ötmələr yenə də nadir hallarda olur. Amma nəzəri baxımdan mümkündür. Belə ki, əgər bir maşında nisbətən təzə, digərində isə xeyli yeyilmiş təkərlər olarsa, sürət fərqi kifayət qədər böyük ola bilər.
2024-cü ildə yalnız iki sürücü Soft, dörd sürücü Hard təkərlə start alıb, qalanlarının maşınlarında isə Medium təkərlər var idi. Həmin yarış Sinqapur üçün nadir hadisə idi, təhlükəsizlik maşını ümumiyyətlə trasda görünməmişdi və nəticədə 17 sürücü yarışı cəmi bir pit-stopla başa vura bilmişdi.
Xüsusən də, Karlos Sayns Medium təkərlə start götürüb, 13-cü dövrədə boksa daxil olmuş və yarışın sonuna qədər Hard təkərlə getmişdi. Onun 49 dövrəlik sürüşq həmin yarışda əsl rekord olmuşdu.
Bu il taktiki sxemləri hazırlayarkən komandalar pit yolundakı sürət limitinin 60 km/saatdan 80 km/saatadək qaldırıldığını da nəzərə alacaqlar. Bu isə pit-stopda vaxt itkisinin bir qədər azalması deməkdir.
Sinqapur trasının asfalt örtüyü kifayət qədər hamar, yeyilmə isə çox aşağı səviyyədədir. Amma şəhər trasları üçün xarakterik nişanlanma xətləri yağışda çox sürüşkən olur, bu isə hər zaman risk deməkdir.
Eyni zamanda burada qaçış zonaları çox azdır, baryerlər isə trasın kənarında yerləşir. Deməli, səhvə yol vermək olmaz. Bu, ciddi nəticələrə gətirib çıxarır.
Şərh əlavə et