Xəbəri Kokpitdə Oxuyun!

McLaren pilotları zirvəyə qayıtmağı hədəfləyir

McLaren komandasının sürücüləri növbədəki Sinqapur yarışından yaxşı nəticə ilə qayıtmağı hədəfləyirlər.

Lando Norris keçən il Sinqapur Qran Prisində qalib gəlmişdi və McLaren komandasının sürücüsü həmin uğuru təkrarlamaqda qərarlıdır. Onun komanda yoldaşı Oskar Piastri isə Bakıdakı qəzalardan sonra Sinqapurdakı gecə yarışında yenidən yaxşı nəticə əldə etmək niyyətindədir.

Lando Norris: “Sinqapurda projector işıqları altında yarışmağı səbirsizliklə gözləyirəm. Bakıdan sonra Vokingə qayıdıb hər şeyi komanda ilə müzakirə etmək və simulyatorda işləmək çox yaxşı oldu.

Sinqapurla bağlı xoş xatirələrim var. Keçənilki podium və qələbə. Mən həmin nəticəni təkrarlamağa hazıram”.

Oskar Piastri: “Yenidən sükan arxasına qayıtmaq üçün çox həvəsliyəm. Sinqapurun isti havasını nəzərə alsaq, maşınımız sürətli olmalıdır, buna görə də yarış həftəsonunu səbirsizliklə gözləyirəm.

Məsafəyə görə Sinqapur Avstraliyaya ən yaxın Qran Pidir, ona görə də buraya kifayət qədər avstraliyalı azarkeş gəlir. Onlar bizi həmişə dəstəkləyirlər və bu, mövsümün ən yaxşı gecə yarışlarından birində əlavə üstünlük qazandırır. Belə dəstəyə sahib olmaq çox xoşdur”.

Rauf Hacıyev

Şərh əlavə et