Kokpit.az xatırladır ki, “narıncılar” son iki yarışda qələbə üzünə həsrət qalıblar. Britaniya təmsilçisi sonuncu Bakı yarışından 6 xal toplaya bilib.
Andrea Stella, komanda rəhbəri: “Bir həftəlik fasilədən sonra biz Sinqapura yollanırıq. Marina-Bey trasında komanda xüsusi çətinliklərlə üzləşir. Burada gecə saatlarında işlədiyimiz üçün yüksək rütubəti hiss edirik. Xüsusən də insan bədəninin imkanları baxımından. Bu, həm komanda üzvlərinə, həm də sürücülərə aiddir.
Landonun ötənilki qələbəsini xatırlasaq, qeyd etmək lazımdır ki, Sinqapur Bakıya nisbətən daha yüksək aerodinamik yüklənmə tələb edir, 2024-cü ildəki yüksək təkər yeyilməsi isə MCL39-un xüsusiyyətlərinə daha uyğun gəlməlidir.
Trasda və Vokingdəki bazadamçalışan bütün komanda həm Pilotlar, həm də Mühəndislər Çempionatında xal qazanmağa davam etməkdə qərarlıdırlar”.
Şərh əlavə et