Xəbəri Kokpitdə Oxuyun!

Sinqapurda həftəsonuna yağış da rəng qatacaq

Sinqapur Qran Prisi üçün ilkin proqnozlar yarış həftəsonu günlərində yağışlı hava vəd edir.

Kokpit.az xəbər verir ki, cümə günü havanın buludlu olması gözlənilir, günün ikinci yarısında yağış ehtimalı var. Hava 31°C-yə qədər isinəcək. Şənbə günü günün birinci yarısında yağış və ildırım çaxması mümkündür, temperatur yenə də 31°C olacaq. Bazar günü isə temperatur dəyişməyəcək – elə 31°C qalacaq və axşam saatlarında ildırımlı yağış proqnozlaşdırılır.

Ötən il isə Sinqapur Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.

Elçin Zodorov

Şərh əlavə et