Kokpit.az bildirir ki, bu dəfə onların şəhər trasında qələbəyə açıq favoritləri olmayıb – Lando Norris və Maks Ferstappenin şanslarını bərabər qiymətləndiriblər. Oskar Piastrinin qələbə ehtimalı bir az aşağı hesab edilib.
Lando Norris, Maks Ferstappen – 3.00
Oskar Piastri – 3.50
Şarl Lekler – 9.00
Corc Rassell – 17.00
Lyuis Həmilton – 21.00
Kimi Antonelli – 67.00
Bukmeykerlərin fikrincə, Maks Ferstappenin Bakıdakı qələbəsindən sonra titul şansları kəskin artıb. Sinqapurda da Bakıdakına oxşar ssenarinin olması bütün vəziyyəti dəyişə bilər. Maks və McLaren pilotlarından başqa, Corc Rassel və Şarl Leklerin tituluna da mərclər qəbul olunur.
Oskar Piastri – 1.44
Lando Norris – 4.00
Maks Ferstappen – 6.00
Corc Rassell – 501.00
Şarl Lekler – 2501.00
Mühəndislər Kuboku üçün çoxdandır ki, pul qoyuluşları qəbul olunmur. Böyük ehtimalla, McLaren elə bu yarışda ardıcıl ikinci titulunu rəsmiləşdirəcək…
Şərh əlavə et