Xəbəri Kokpitdə Oxuyun!

Adam Beyker Cadillac-a keçir

Audi Formula Racing-in keçmiş icraçı direktoru, may ayında alman şirkəti ilə əməkdaşlığı bitirib və növbəti iş yeri Cadillac F1 olacaq.

Britaniya nəşri Motorsport Magazin xəbər verir ki, o, yeni komandanın motorquruculuq bölməsinin baş əməliyyat direktoru vəzifəsini tutacaq.

Amerika konserni General Motors-un zavod komandası olan Cadillac F1 gələn il dünya çempionatında debüt edəcək və ilk üç mövsümdə Ferrari mühərriklərindən istifadə edəcək. Amma artıq öz motorquruculuq layihəsinin icrasına reallaşdırmaq istəyir və güc qurğularının istehsalı təxminən üç ilə başlamalıdır.

Formula 1 üçün yarış mühərriklərinin istehsal zavodu artıq Şarlotta şəhərində – Şimali Karolina ştatında tikilir və bu bölmənin rəhbərlərindən biri də Adam Beyker olacaq.

Xatırladaq ki, o, FIA-da təhlükəsizlik direktoru vəzifəsində işləyib, sonra alman şirkəti hələ Formula 1-ə gəlməyə hazırlaşanda onu Audi Sport-a dəvət ediblər. Məhz Beyker şirkətin Almaniyanın Noyburq şəhərində motorquruculuq bölməsinin təşkilini həyata keçirib, amma bu şirkətlə tərəflərin qarşılıqlı razılığı ilə yollarını ayırıb.

Elçin Zodorov

Şərh əlavə et