Xəbəri Kokpitdə Oxuyun!

K.Şilds daha bir il AIX Racing-də yarışacaq

Formula 2-də Birləşmiş Ərəb Əmirliklərinin bayrağı altında çıxış edən AIX Racing komandası britaniyalı pilot Kin Şildslə müqaviləni daha bir mövsüm uzatdığını açıqlayıb.

O, bu seriyada 2025-ci ildə debüt edib, lakin paraqvaylı komanda yoldaşı Coşua Dyurksenlə müqayisədə ciddi təsir bağışlamayıb. Dyurksen mövsümə Albert Parkda qələbə ilə başlayıb. Ancaq qərar komandanındır, görünür, onların öz düşüncələri var. Kin Şildsin ən yaxşı nəticəsi İmolada bazar günü yarışında tutduğu 11-ci yer olub. O, hələ də xal qazana bilməyib və  çempionatda 22-ci – sonuncu yeri tutur.

Kin Şilds: “AIX Racing komandası ilə əməkdaşlığı davam etdirdiyim üçün şadam və Formula 2-də daha bir mövsüm qalacağam. Bu il çətinliklərim oldu, amma çoxlu dərs aldım və daha güclü şəkildə qayıtmağa hazıram.

Komanda ilə birlikdə təcrübə toplayırıq və əminəm ki, böyük addım ata biləcəyik və istədiyimiz nəticələr uğrunda mübarizə aparacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et