Xəbəri Kokpitdə Oxuyun!

N.Stromsted Trident-də qalır

Formula 3-də çıxış edən Trident komandası Noy Stromsted ilə müqavilənin növbəti mövsüm üçün uzadıldığını açıqlayıb.

18 yaşlı danimarkalı sürücü 2025-ci ildə Formula 3-də ilk tam mövsümünü keçirib. Onun ən yaxşı nəticəsi Spa trasındakı şənbə sprintində əldə etdiyi qələbə olub. Noy çempionatda mövsümü altıncı pillədə başa vurub.

Noy Stromsted: “2026-cı ildə də Trident-lə Formula 3-də çıxışımı davam etdirdiyim üçün çox şadam. İtalyan komandasında ilk tam mövsümü başa vurduqdan sonra əldə etdiyim təcrübəni birlikdə inkişaf etdirmək imkanını səbirsizliklə gözləyirəm, ilk olaraq Xeresdəki testlərdən başlayacağıq.

Bizim məqsədimiz bütün mövsüm boyu qələbələr və titul uğrunda mübarizə aparmaqdır. Bu il qazandığım biliklər çox önəmlidir. 2026-cı ilə hazırlaşmaq üçün qışda çox çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et