Xəbəri Kokpitdə Oxuyun!

Ferstappenin ekipajı Nürburqrinqdə qələbə qazanıb

Bəlkə də yalnız Nürburqrinqin “Şimal halqası”nda 4 saatlıq yarışı sürən adam deyə bilər ki, onun məsafəsinin hansı yarısı daha asandır – birinci, yoxsa ikinci.

Hər halda bu gün Maks Ferstappen startdan etibarən Ferrari 296 GT3-ü idarə edib və 15-ci dövrəyə qədər ən yaxın izləyiciləri üzərində üstünlüyünü bir dəqiqədən də çox artırıb.

Sonra onu komanda yoldaşı Kris Lalhem əvəzləyib və Maksın yaratdığı fərq demək olar ki, üç dəfə azalaraq 23 saniyəyə enib. Ancaq bundan sonra britaniyalı pilot sürətini artırıb və Ford Mustang GT3-də, 9 nömrəli maşında gedən Yann Mardenboroya qarşı üstünlüyünü yenidən tədricən artırmağa başlayıb.

Lalhem sonuncu –  28-ci dövrəyə başlayanda, o, ağ rəngli Ford-un təxminən 28 saniyə qabağında olub və Mardenboronun bu fərqi geri qaytarmaq ehtimalından danışmağa dəyməyib.

Nəticədə Maks Ferstappen və onun komanda yoldaşı bu trasdakı debüt yarışlarında parlaqqələbə qazanıblar: onların maşını finiş xəttini hamıdan 24.496 saniyə əvvəl keçib. Bununla da dördqat dünya çempionu, Red Bull Racing pilotu, uzun uğurlar siyahısına çoxdan arzuladığı yeni bir nailiyyəti də əlavə etmiş olub.

Elçin Zodorov

Şərh əlavə et