Xəbəri Kokpitdə Oxuyun!

Akosta ikinci sessiyada birinci olub

Yaponiyanın Motegi trasında keçirilən MotoGP-nin ikinci məşq sessiyasını KTM sürücüsü Pedro Akosta lider tamamlayıb.

Yaşıl işıqlar yandıqdan sonra bütün pilotlar Medium ön təkərlə trasa çıxıblar. Sessiyanın əvvəlində Fabio Di Cannantonio 5-ci döngədə yıxılıb. Ardınca Mark Markes də qəza edərək GP25-i ilə çınqıllara ilişib, lakin çətinliklə də olsa pitə dönə bilib.

İlk 15 dəqiqədən sonra zirvəyə Mark Markes yüksəlib, Frankesko Banyaya isə ikinci sıraya yerləşib.

Sessiyanın son dəqiqələrində isə Pedro Akosta 1:44.108-lik nəticə göstərib və Markesi geridə qoyaraq, liderliyi ələ alıb. Ai Oqura ikinci yeri tutub.

Markes qəzadan sonra yenidən trasa dönsə də, liderliyi geri ala bilməyib və üçüncü yerdə qalıb. Banyaya dördüncü, Franko Morbidelli beşinci, Luka Marini isə altıncı olub.

Marko Bezzekki, Takaaki Nakagami, Fabio Kuartararo və Aleks Markes ilk onluğu tamamlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et