Xəbəri Kokpitdə Oxuyun!

Yaponiya MotoGP: İlk sessiyada Banyaya birinci olub

Yaponiyanın Moteqi trasında start götürən MotoGP-nin 1-ci sərbəst yürüşündə ən sürətli nəticəni Francesko Banyaya göstərib.

Yaşıl işıqların yanması ilə bütün sürücülər Medium təkərlərlə trasa çıxıblar. İlk dövrələrdə ard-arda qəzalar baş verib: Raul Fernandes 7-ci döngədə yıxılıb, Marki Bezzekki isə düzlüyün sonunda motosikletinin idarəetməsini itirərək,  qəza edib.

İlk 15 dəqiqədən sonra  Banyaya zirvəyə yüksəlib, Franko Morbidelli ikinci, Mark Markes isə üçüncülüyə oturub.

Sessiyanın sonlarına doğru Bezzekki bu dəfə 5-ci döngədə yıxılıb və boksa qayıdıb. Ardınca eyni döngədə Morbidelli və Cek Miller, 10-cu döngədə isə Enea Bastianini qəzaya uğrayıblar.

Sessiyanın qalan hissəsi sakit keçib. Damalı bayraq dalğalananda nəticələr belə olub:

  • 1-ci: Françesko Banyaya – 1:44.857
  • 2-ci: Xorxe Martin
  • 3-cü: Mark Markes
  • 4-cü: Fabio Di Cannantonio
  • 5-ci: Luka Marini
  • 6-cı: Franko Morbidelli
  • 7–10-cu: Pedro Akosta, Cek Miller, Somkiat Çantra, Migel Oliveyra

Beləliklə,  Yaponiyadakı ilk sərbəst yürüşlərdə liderlik Françesko Banyayanın olub.

Rauf Hacıyev

Şərh əlavə et