Xəbəri Kokpitdə Oxuyun!

McLaren Groq ilə tərəfdaşlığa başlayıb

Amerikalı süni intellekt texnologiyaları şirkəti Groq McLaren Racing-in yeni rəsmi tərəfdaşı olub.

Groq McLaren-ə texnoloji dəstək göstərəcək, süni intellekt sahəsindəki yeniliklərini Formula 1 komandasının qarşısında duran tapşırıqlara uyğunlaşdıracaq.

McLaren-in mətbuat açıqlamasına görə, xüsusilə Groq-un texnologiyaları taktika hesablamalarında tətbiq ediləcək. Bu sistemlər real vaxtda çoxsaylı amilləri nəzərə alaraq, geniş analiz aparmağa imkan verir və prosesi daha səmərəli edəcək.

Nik Martin, McLaren-in kommersiya direktoru: “Formula 1-də nəticələr təzyiq altında əldə olunur. Groq ilə əməkdaşlığa başlamağımız bizi çox sevindirir, çünki bu, lazımi qərarları daha sürətlə qəbul etməyə kömək edəcək və lider mövqelərdə qalmaq səylərimizi dəstəkləyəcək”.

Groq-un loqotipləri qarşıdakı Sinqapur Qran Prisindən etibarən McLaren maşınlarında yer alacaq.

Rauf Hacıyev

Şərh əlavə et