Yapon sürücünü Formula 3-də debüt mövsümü gözləyir. O, 2025-ci ildə Formula Regional by Alpine seriyasında çıxış edib. Onun aktivində iki podium finişi var və çempionatda səkkizinci yerdədir.
Hiyu Yamakoşi: “İlk növbədə, mənə bu imkanı verən hər kəsə təşəkkürümü bildirirəm. Artıq Van Amersfoort Racing-lə əməkdaşlığımın üçüncü ili başlayır və düşünürəm ki, bu təcrübə Formula 3-də ilk mövsümümə böyük kömək edəcək.
İlk testləri və ilk yarış həftəsonunu səbirsizliklə gözləyirəm. Xeresdəki rəsmi testlərdə görüşərik”.
Formula 3 testləri 7–8 oktyabr tarixlərində İspaniyanın Xeres trasında keçiriləcək.
Şərh əlavə et