Xəbəri Kokpitdə Oxuyun!

F.Kolapinto: Maşın güc itirdi

Alpine komandasının sürücüsü Franko Kolapinto bildirib ki, Bakı yarışının çətin keçəcəyini əvvəldən bilirmişlər.

Kokpit.az xatırladır ki, argentinalı sürücü Azərbaycan yarışını sonuncu – 19-cu yerdə bitirib.

Franko Kolapinto: “İlk növbədə, sıralanma turundakı qəzanın ardından maşını starta hazır edən bütün komandaya təşəkkür edirəm. Bu, böyük zəhmət idi və çətin anlarda komandanın necə bir yumruq kimi birləşdiyini göstərdi. Təəssüf ki, mexanikləri yaxşı nəticə ilə sevindirə bilmədik.

Əvvəldən bilirdik ki, bu yarış bizim üçün çətin olacaq və elə də oldu. Maşınımızda hər şeyin mükəmməl getməsi və bəxtin gətirməsi lazımdır, ancaq Bakıdakı yarışda bəxt yanımızda olmadı.

Yaxşı start aldım və yarışda əlimdən gələni etdim. İlk pit-stopdan sonra Aleks Elbonla mübarizə apararkən yerimdə fırlandım və vaxt itirdim. Ondan sonra maşın başqa cür davranmağa başladı, yəqin ki, kiçik bir zədələnmə olmuşdu. Qarşıdakı yarışlarda bütün imkanlardan istifadə edərək əzmlə işləməyə davam etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et