Azərbaycan Qran Prisində Haas sürücüləri xala yaxın olsalar da, ilk onluğa düşə bilməyiblər. Oliver Berman yarışı 12-ci, Esteban Okon isə 14-cü pillədə tamamlayıblar.
Ayо Komatsu, komanda rəhbəri: Bakıda “15-ci və 20-ci yerlərdən start alırısınızsa, nəsə qazanmaq çətindir. DRS qatarına düşürsünüz və vəziyyəti dəyişmək olmur. Esteban üçün strategiyamız doğru idi, amma maşının balansındakı problemlər imkan vermədi. Oliver isə startda və təhlükəsizlik maşınından sonrakı restartda mövqelər itirdi və sonra daha yavaş maşınların arxasında ilişdi. Onun potensialını ikinci hissədə gördük. Tempi çox yüksək idi. Təəssüf ki, bəzən bir səhv bütün həftəsonunu müəyyən edir”.
Yarışı 12-ci yerdə bitirmiş Oliver Berman: “15-ci yerdən başladım, restartda mövqelər itirdim, sonra isə digər maşınların arxasında ilişib qaldım. Maşın sürətli idi, amma vəziyyəti dəyişmək mümkün olmadı”.
Yarışı 14-cü yerdə bitirən Esteban Okon: “Strategiyada risk etdik, amma bu, özünü doğrultmadı. Çətin həftəsonu idi, Sinqapur üçün çox şeyi yaxşılaşdırmalıyıq”.
Şərh əlavə et