Ferrari-nin rəhbəri Frederik Vassyör bildirib ki, komandanın sürəti olsa da, nəticələr əsasən sıralanma turunda buraxılan səhvlərdən qaynaqlanıb: Tempimiz var idi. Məhz buna görə nəticələr daha da məyusedicidir. Cümə günü tempimiz yaxşı idi, amma şənbə günü hər şeyi bir araya gətirə bilmədik və yarışın əvvəlində Lando Norris və Yuki Tsunodanın arxasında trafikdə ilişib qaldıq. Son 30 dövrədə də eyni vəziyyət davam etdi. Əslində biz bu həftəsonunu şənbə günü uduzduq, bazar günü yox.
Niyə hər şeyi birləşdirə bilmirik, demək çətindir. Biz McLaren-in sürətli olduğu yarışlarda yaxşı çıxış edirik, məsələn, Avstraliyada. Amma onlarda sürət çatmayanda, bizdə də alınmır. Bu, maşınlarımızın xüsusiyyətlərinin oxşarlığı ilə bağlıdır. Mercedes və Red Bull isə bir-birinə daha çox bənzəyir.
Düzünü desəm, əsəbiləşdim. Əgər şənbə günü ilk cərgəyə düşə bilsəydik, yarış tamam başqa cür keçərdi. Biz səhv qərarlar verdik, səhvlər etdik, bəxtimiz də gətirmədi. Əlavə olaraq, çeviklik çatmır. Halbuki bu, Bakı kimi yarışlarda çox vacibdir.
Cümə günü istidə tempimiz yaxşı idi, lakin sonrakı günlərdə bunu təkrarlaya bilmədik. Sinqapurda hava yenə isti olacaq, bəlkə orada vəziyyət dəyişdi. Yarışda isə əsas problem sürətin düzlüklərdə çatmaması idi. Şarl Leklerin maşınında enerji bərpası sistemi stabil işləmirdi, son 20 dövrədə bir neçə kilovatlıq itki yaşandı. Bu böyük fərq yaratmırdı, amma ötmək imkanını əlimizdən aldı, nəticədə Liam Lousonun arxasında qaldıq”.
Mətbuatda Ferrari-dən mütəxəssislərin ayrılması barədə xəbərlərə isə Vassyör kəskin reaksiya verib: “Belə xəbərlər məni güldürür. Kadr dəyişiklikləri normaldır. Son aylarda biz başqa komandaların 60 əməkdaşını işə götürmüşük. Ona görə bu müzakirələrə son qoymaq lazımdır. Mən mətbuatda yazılan adları gördüm, amma bu cür yazılar komandaya yalnız zərər vurur.
Mən bu mövzuya qayıtmaq istəmirəm. 2026-cı ilə hazırlıq bizi narahat etmir. Mən əminəm ki, Ferrari qələbə uğrunda mübarizə apara bilər. Sadəcə bütün sahələrdə inkişaf etməli və daha çevik olmalıyıq. Yolumuz doğrudur, sadəcə onu daha yaxşı tətbiq etməliyik”.
Şərh əlavə et