Xəbəri Kokpitdə Oxuyun!

Brando Badoer F3-də yarışmağa davam edəcək

Brando Badoer 2026-cı ildə də karyerasını Formula 3-də davam etdirəcək. Formula 1-in keçmiş sürücüsü Luka Badoerin oğlu Prema-dan Rodin Motorsport-a keçib.

2025-ci ildə Brando gənclər seriyasında debüt mövsümünü keçirib. O, on mərhələdə 13 xal toplayıb (ən yaxşı nəticəsi – Macarıstandakı şənbə sprintində 6-cı yer) və çempionatda 25-ci yeri tutub.

Brando Badoer: “Gələn mövsüm üçün Formula 3-də Rodin Motorsport komandasına qoşuldum və buna görə inanılmaz dərəcədə şadam. İşə başlamaq üçün səbirsizlənirəm. Ancaq irəli!”

Rauf Hacıyev

Şərh əlavə et