Büdcə həddinin yüksəldilməsinin bir neçə səbəbi var – həm qlobal inflyasiya, həm də yeni reqlamentə keçid. 2026-cı ildə hər komanda 215 milyon dollar xərcləyə biləcək.
Bundan başqa, Formula 1-də rəsmi debütünü edəcək, amma faktiki olaraq Sauber-in adını dəyişərək zavod komandası olacaq Audi üçün limit daha yüksək olacaq, çünki komandanın bazasının yerləşdiyi İsveçrədə əməkhaqqıları Britaniya və İtaliya ilə müqayisədə təxminən 35-45% yüksəkdir.
Növbəti mövsümdə də büdcə limitində istisnalar qüvvədə qalacaq – sürücülərin və komandanın ən yüksək maaş alan üç əməkdaşının maaşları limitə daxil edilmir. FIA-nın maliyyə qaydaları üzrə direktoru Federiko Lodi federasiyanın xərclər planını artırarkən nəyə əsaslandıqlarını izah edib.
Federiko Lodi: “Biz 2021-ci ildən bu yana yığılan qlobal inflyasiya effektini nəzərə alaraq xərclərin limitini müəyyənləşdirərkən bəzi düzəlişlər etdik. Mövcud xərcləmə məhdudiyyətlərinə həm yığılmış qlobal inflyasiya effekti, həm də hazırda limitdən kənarda olan xərclər əlavə olunub.
Ümumilikdə söhbət komandalar üçün əlavə kapitalın artırılmasından getmir, sadəcə hesablamaların üsulu dəyişib. Bu da xərcləmə limitinin yüksəldilməsinin əsas səbəbidir.
Bu, komandaların daha çox xərc çəkməsi demək olmayacaq, çünki onlar onsuz da həmin xərcləri edirlər. Biz sadəcə bu xərcləri limitə daxil edirik, ona görə də limit yüksək olmalıdır.
Maliyyə reqlamentinin hazırlanması olduqca çətin vəzifədir, çünki əvvəllər on komanda ilə işləyirdiksə, indi artıq on bir komandamız var və onların fərqli mövqeləri, prioritetləri mövcuddur.
Açığı, əgər biz maliyyə reqlamentini komandaları nəzərə almadan hazırlaya bilsəydik, yəqin ki, o, bir qədər fərqli görünərdi. Amma aydındır ki, komandalarla konsensus lazım idi. Buna görə də güzəştə getməli olduq və 5-6 yox, 20-25 istisna üzərində dayandıq.
Vəzifə çətin idi, amma bizim təklifimizə bütün komandaların dəstəyi lazım idi. Buna görə də pərdəarxasında çox işləməli, hər şeyi müzakirə etməli və komandaları inandırmalı olduq ki, bu da vaxt tələb edirdi”.
Şərh əlavə et