Xəbəri Kokpitdə Oxuyun!

DRS-in effektivliyi niyə az olub?

Əvvəl 2,2 kilometrlik düzxətdə Bakıda çoxlu ötmələr olurdu, amma bu il 51 dövrədə cəmi 24 ötmə qeydə alınıb.

Səbəblərdən biri DRS-in effektivliyinin azalmasıdır. Mercedes-in baş mühəndisi Endryu Şovlin son illərdə bu sistemin niyə daha pis işlədiyini izah edib.

Endryu Şovlin: “Səbəblərdən biri maşınların daim artan effektivliyidir. Sadə dillə desək, artıq qabaqdakı maşın arxadakı üçün əvvəlki kimi güclü pozulmuş hava axını buraxmır.

Maşınlar asfaltayatma qüvvəsini getdikcə daha çox altlıqdan yaradır. Bu isə qanadların ölçüsünün kiçilməsinə gətirib çıxarır. Bizim əvvəllər “Monako qanadı” dediyimiz böyük qanadlar – hansıları ki, həm Macarıstanda, həm də Meksikada qoyulurdular – indi çox nadir hallarda istifadə olunur.

Bu isə DRS-in effektini azaldır. Montsada isə DRS demək olar ki, işləmirdi, çünki arxa qanad onsuz da hava axınına demək olar ki, heç bir müqavimət göstərmirdi”.

Xatırladaq ki, gələn ildən etibarən DRS sistemi ləğv ediləcək.

Elçin Zodorov

Şərh əlavə et