2025-ci ildə Karraskedo Hitech komandası ilə Formula 3-də iki mərhələdə – Barselona və Şpilberqdə iştirak edib, lakin xal qazana bilməyib. Bununla yanaşı, o, Formula Regional Avropa Çempionatında (FRECA) tam mövsüm keçirib, iki qələbə qazanıb və çempionatda beşinci yeri tutub.
Cessi Karraskedo: “Formula 3-də ilk mövsümüm üçün Van Amersfoort Racing-ə qoşulduğuma görə çox xoşbəxtəm. Bu, əsl peşəkarlar komandasıdır, onları FRECA-dakı çıxışlarımdan yaxşı tanıyıram. Belə bir addım atdığım üçün sevincliyəm və ümid edirəm ki, gələn mövsüm çox uğurlu alınacaq”.
Şərh əlavə et