Xəbəri Kokpitdə Oxuyun!

Red Bull və Ferstappenin yüksəlişi Bakıdan sonra da davam edəcək?

Son iki yarışda Maks Ferstappen/Red Bull tandeminin yenidən yüksəlişi qaçılmaz olaraq bu qalibiyyət seriyasının yalnız Montsa və Bakının aşağı asfaltayatma qüvvəsi tələblərindən kənarda da özünü göstərib-göstərməyəcəyi barədə müzakirələri artırıb.

Komanda rəhbəri Loran Mekis Bakıda bu fikrə ehtiyatla yanaşmağa çağırıb: “Zavodda çalışan insanlar bu maşında bizi məhdudlaşdıran şeyləri anlamaq üçün çox çalışırlar. Bu mövzuda özümüzü inkişaf etdirmişik və bu, bizə kömək edir.

Montsa çox spesifikdir və əldə etdiyimiz irəliləyişlərin nə qədərini Bakıya daşıya biləcəyimiz aydın deyildi. Amma Bakı da spesifikdir – yalnız aşağısürətli döngələr var. Amma qazandığımız anlayış ən azı bizə bu traslarda mübarizə aparmağa imkan verib. Bundan sonra isə yüksək asfaltayatma qüvvəsinə malik traslara və daha isti hava şəraitinə qayıdacağıq. Görəcəyik”.

Montsadan əvvəl belə, Red Bull RB21 göstərmişdi ki, aşağı asfaltayatma qüvvəsinə malik konfiqurasiyalarda – Ciddə və Silverstounda olduğu kimi – aerodinamik baxımdan çox səmərəlidir. Hər iki trasda Ferstappen poul qazanmağa nail olmuşdu.

Rəqiblərlə müqayisədə, Red Bull-un maşını qanad səviyyəsi azaldıqda daha az sfaltayatma qüvvəsi itkisinə məruz qalır. Amma trasın quruluşu daha yüksək qanad səviyyəsi tələb etdikdə, McLaren adətən çox rahat şəkildə üstün olur.

Bunun bir səbəbi odur ki, Red Bull-un aerodinamik səmərəliliyi digər maşınlarla müqayisədə, yüksək sfaltayatma qüvvəsi tələb edən traslarda o qədər də yaxşı deyil. Digər səbəb isə komandanın Ferstappenin tam potensialını istifadə etməsi üçün lazım olan balansı maşında tutmaqda çətinlik çəkməsidir.

Ferstappenin Montsada dediyi kimi, RB21 kökündən pis balanslaşdırılmış maşın deyil – məsələn, 2024-cü ilin ikinci yarısında RB20 kimidir. Sadəcə, yüksək sfaltayatma qüvvəsi tələb edən əksər traslarda tam döngəli sürət diapazonuna uyğun sazlandıqda, RB21 aşağı və orta sürətli döngələrdə bir qədər “küt” davranır.

Əksər traslarda tələb olunan orta-yüksək sfaltayatma qüvvəsi hasil edən arxa qanadlarla işləyərkən, RB21-in aerobalansı ön tərəfi aşağı və orta sürətlərdə kifayət qədər güclü etmir, halbuki yüksək sürətlərdə sabitliyi qorumaq üçün buna ehtiyac var.

Döngə uzandıqca, bu balanssızlıq daha çox vaxt itkisi yaradır. Buna görə də uzun döngələri olan yüksək sfaltayatma qüvvəsi tələb edən traslar – məsələn, Macarıstan, harada ki Ferstappen yalnız səkkizinci ola bilmişdi – bu maşın üçün ən pis kombinasiyadır.

 

Amma əhəmiyyətli məqam odur ki, yüksək asfaltayatma qüvvəsi və uzun döngələrin bu kombinasiyası daha sonrakı Zandfort yarışında da var idi və burada Ferstappen çox daha rəqabətədavamlı idi. McLaren səviyyəsində olmasa da, “best of the rest” idi.

Orada üçüncü yerdən start götürərək Lando Norris-in yarışı tərk etməsindən faydalanmışdı və xeyli geridən də olsa ikinci yeri tutmuşdu. O, bunu komandanın həftəsonu əvvəlində aparılan simulyasiyalardan çox, sürücünün geribildirimlərinə əsaslanaraq işləməyə başlamasına bağlayır.

Ferstappen Montsada demişdi: “Bu, daha yaxşı işləyir və biz artıq Zandfortda bir addım irəli getdik”.

Monza və Bakının aşağı asfaltayatma qüvvəsi tələbləri altında Ferstappenə yaxşı balanslı maşın verən amillərdən biri “super-dar” arxa qanad və güclü ön qanadın birləşməsi idi.

Bu qeyri-adi kombinasiyadır və normalda Lesmo və Ascari kimi yüksək sürətli döngələrdə maşına çox aqressiv, arxası sürüşkən balans verməsi gözlənilirdi.

Doğrudan da, məşqlərdə Lesmo döngələrində Ferstappen bir-iki dəfə maşının idarəetməsini itirməyə yaxın olmuşdu. Amma əlavə mexaniki sazlanma dəyişiklikləri ilə trasdakı komanda Ferstappenə xüsusi bacarığı ilə işlədə biləcəyi maşını təqdim etməyi bacarmışdı.

Köməkçi amillərdən biri də Montsada təqdim olunan yeni altləq ola bilər – bu, geometriyası və döşəmənin kənar qanadında, eləcə də tunel giriş hissəsindəki lövhələrdə dəyişikliklərə məruz qalıb.

Əgər bu dəyişikliklər aerodinamik təzyiq mərkəzini sürət artdıqca əvvəlki döşəməyə nisbətən bir az daha arxaya çəkmək üçün hazırlanıbsa, müxtəlif sürət diapazonlarında balansı tapmaqda çətin kompromisi həll etməyə kömək edə bilər.

Aerodinamika komandasının bunu nə dərəcədə uğurla reallaşdıra bilməsindən asılı olaraq, bu dəyişiklik daha yüksək asfaltayatma qüvvəsi tələb edən traslarda da balans imkanlarını genişləndirə bilər.

Bakıda yüksək sürətli döngələr olmadığı üçün ciddi konflikt ortaya çıxmayıb və maşın Montsadan da yaxşı formada aşağı asfaltayatma qüvvəsi effektivliyinə uyğunlaşdırılıb.

Amma əsas sınaq – altlıq yeniliyinin böyük arxa qanadla belə komandanın maşını Ferstappenin xoşuna gələcək balansda saxlamağa imkan verib-verməyəcəyini yoxlayacağı test – iki həftə sonra Sinqapurda olacaq…

Şərh əlavə et