Kokpit.az xatırladır ki, yaponiyalı sürücü altıncı yerdən başladığı Azərbaycan yarışını elə altıncı yerdə başa vurub.
Yuki Tsunoda: “Biz Bakıda əla həftəsonu keçirdik və uzun müddətdir arzuladığımız nəticələri əldə etdik. Düşünürəm ki, komandadakı ən yaxşı nəticəmi qazandım. Şənbə günü yaxşı sıralanma turu keçirdim, bazar günü isə sərbəst yürüşlərdə göstərdiyim yarış tempimi təsdiqləyə bildim.
Hard və Medium təkərlər demək olar ki, yeyilmirdi, buna görə də heç kim sürət itirmirdi, bu isə ötmələri çətinləşdirirdi. Amma mən altıncı yerdən razıyam. Komanda məni çox yaxşı dəstəklədi və mən də finişdə qazandığım xallarla onları sevindirə bildim.
Maşına gətirilən yeniliklər həqiqətən də bu həftəsonu işlədi, biz əvvəlki mərhələlərlə müqayisədə xeyli rəqabətədavamlı olduq. Üstəlik, Bakıdan öncə öz üzərimdə ciddi işlədim və yarışda irəliyə doğru vacib addım atdım. Hiss edirəm ki, gələcək yarışlarda istifadə edə biləcəyim bir şeyi kəşf etmişəm.
Maksı təbrik etmək istəyirəm, o həqiqi ustalığını göstərdi. Komanda çox yüksək səviyyədə işləyir, biz bu tempi saxlamaq istəyirik. Əsla təslim olmuruq və mövsümün sonuna qədər mübarizə aparacağıq”.
Şərh əlavə et