Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü Bakıdakı yarışa üçüncü yerdən başlasa da, finişə beşinci yerdə çatıb və karyerasının ən yaxşı nəticəsini əldə edib.
Liam Louson: “Belə yarışdan sonra bu nəticə əsl mükafat oldu, xüsusən də son on-on beş dövrə çox gərgin keçdi. Başlanğıc mövqeyimi nəzərə alsaq, bir az məyus oldum, amma realist baxsaq, ön qrupda olanlarla mübarizə aparacaq sürətimiz yox idi.
Mübarizənin sıxlığını nəzərə alsaq, beşinci yer bizim üçün ciddi nəticədir. Həftəsonu maşın sürətli idi, komanda əla iş gördü. Xal topladığım üçün sevinirəm. Biz maksimum gücümüzü ortaya qoyduq!”.
Şərh əlavə et