Kokpit.az xatırladır ki, “narıncılar” sıralanma turunda Lando Norrislə yeddinci, Oskar Piastri ilə doqquzuncu olublar. Yarışda isə Norris yenə yeddinci olduğu halda, Piastri ilk dövrədə qəza edərək, mübarizəni vaxtından əvvəl dayandırıb.
Andrea Stella: “Ümumilikdə çətin həftəsonu idi. Şənbə günü sıralanma turunda yaxşı nəticə göstərmədik, yarışda isə heç nəyi düzəldə bilmədik. Əslində isə hər şey daha da pisləşdi, çünki Oskar qəzaya düşdü.
Onun yarışda buraxdığı səhvlər Oskar üçün tamamilə qeyri-adi idi. Ümid edirik ki, bütün bunlar yalnız bu həftəsonuna təsadüf etdi və mövsümün qalan hissəsi normal keçəcək. Piastrini ən sabit sürücülərdən biri hesab etmək olardı və inanıram ki, bu, sadəcə, istisna hal olaraq qalacaq.
Landonun yarışı barədə desəm, biz ona pelotonu yarıb irəliləməyə imkan verəcək qədər sürətli maşın təqdim edə bilmədik. O, bütün günü tıxacda keçirdi. Daha yaxşı işləyə bilərdik və işləməli idik. Bu, bizim üçün faydalı dərs oldu. İndi yenidən toparlanıb Sinqapur mərhələsinə yaxşı hazırlaşmalıyıq.
Mənim üçün ən əsas nəticə odur ki, maşınımız kifayət qədər sürətli deyildi. Əgər sürətli olsaydı, düşünürəm ki, ötmələr edə bilərdik. Norrisin sərbəst trasda getmək imkanı olsaydı, MCL39-un bütün sürət potensialını göstərə bilərdi”.
Şərh əlavə et