Kokpit.az xatırladır ki, fransalı sürücü səkkizinci yerdə başladığı Azərbaycan Qran Prisini onuncu yerdə bitirərək, 1 xal qazanıb.
Ayzek Hacar: “Yarış başlamazdan əvvəl maşınımda hidravlik problemlər yarandı, amma uşaqlar möhtəşəm iş gördülər və hər şeyi vaxtında düzəltdilər.
Yaxşı start aldım, amma təəssüf ki, şənbə günü olduğu kimi, bəzi səhvlərə yol verdim və iki mövqe itirdim. Hard təkərlərdə tempim çox yaxşı idi, ancqq Medium-da sürət çatışmadı. Bunun səbəbini komanda ilə birlikdə araşdırmalıyıq.
Bu həftəsonu çoxlu müsbət məqamlar oldu, analiz üçün dəyərli məlumat topladıq. Liam ideal yarış keçirdi və komanda üçün çox şadam, çünki iki maşınla xal qazandıq. Sinqapur mərhələsini səbirsizliklə gözləyirəm, inanıram ki, yaxşı nəticə göstərəcəyik”.
Şərh əlavə et