Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Medium və Hard təkərlər yaxın idilər

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, havanın soyuq olması təkər yeyilməsinə təsir edib.

Bu il Pirelli Bakı mərhələsinə 2024-cü illə müqayisədə bir qədər yumşaq tərkiblər gətirsə də, bu, yarış strategiyasına təsir göstərməyib.

Şirkətin motorsport üzrə direktoru Mario İzola bu barədə belə danışıb: “Bu trasda tək pit-stop strategiyası yeganə məntiqli seçim idi və bu yarışda da istisna olmadı, baxmayaraq ki, ötən illə müqayisədə daha yumşaq tərkiblər gətirmişdik. Həm də havanın nisbətən sərin olması arxa təkərlərdə  yeyilmənin qarşısını aldı.

Nəticədə, təkərlərin işi baxımından yarış çox sadə keçdi. Medium və Hard tərkibləri xüsusiyyətlərinə və yeyilmə dərəcəsinə görə bir-birinə çox yaxın idi, demək olar ki, hər ikisində yeyilmə yox idi. Ən çox məsafə C4 tərkibi ilə qət olundu – 598 dövrə (61,84%). Soft isə ümumiyyətlə yarışda işlədilmədi”.

İzola əlavə edib ki, qarşıda 2026-cı il təkərlərinin növbəti testləri gözlənilir:

“25 və 26 sentyabrda Ferrari və Haas komandaları Mucelloda bizimlə birgünlük testlərdə iştirak edəcəklər. Diqqət isə ən sərt quru tərkiblərə yönəldiləcək”.

Rauf Hacıyev

Şərh əlavə et