Kokpit.az xatırladır ki, britaniyalı sürücü Azərbaycan yarışını elə başladığı kimi yeddinci yerdə başa vurub. Bununla da o, yarışda qəza edib mübarizəni dayandırmış Oskar Piastri ilə xal fərqini çox cüzi – cəmi altı xal azalda bilib.
Lando Norris: “Dünən də, bu gün də bacardığımın hamısını etdim. Uğur qazanmaq imkanları hər bir həftəsonunda yarana bilər, amma qazandığım deyil, itirdiyim yarışlarda da həmişə hansısa imkanların əldən çıxdığını demək olar. Əlbəttə, yarışda daha yüksək nəticə göstərmək istəyirdim.
Şənbə günü daha yaxşı nəticə üçün şansımızı itirdik, çünki trasa çox tez çıxdıq. Əgər dövrəni bir az yaxşı sürsəydim, 1-2 mövqe yuxarı qalxa bilərdim. Amma yarışda heç nə dəyişməzdi, çünki ötmə demək olar ki, mümkün deyildi. Ümumilikdə, mən daha çox sıralanma turuna görə məyusam, nəinki yarışa görə”.
Şərh əlavə et