Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: İşlər bəhrəsini verir

Red Bull komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, gördüyü işlər artıq bəhrəsini verir.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Bakıdakı sıralanma turunda altıncı yeri tutaraq, Red Bull komandasındakı ən yaxşı təsnifatını keçirib.

Yuki Tsunoda: “Red Bull Racing-də təsnifatdakı ən yaxşı nəticəmi qazandım və bu da göstərir ki, doğru istiqamətdə irəliləyirik. Xaosa, davamlı qırmızı bayraqlara və dəyişkən şəraitə baxmayaraq sessiyanı təmiz keçirdiyim üçün şadam.

İlk hissədən başlayaraq hər dövrədə mübarizə apardım və rəqabətədavamlı qaldım, bu da çox yaxşıdır. Finalda həlledici dövrəmi istədiyim kimi vura bilmədim, ona görə də onu qiymətləndirmək çətindir, ancaq altıncı yerlə yenə də razıyam.

Komanda ilə birlikdə çox çalışdıq ki, irəli addım ata bilək və maşına etdiyimiz dəyişikliklər mütləq kömək etdi. Mən həmçinin simulyatorda çox işləyirəm və bu da artıq nəticəsini göstərməyə başlayır.

Mən yarışı gərgin mübarizə üçün gözləyirəm. Məşqlərdə yarış tempində ümidverici sürətimiz var idi və istəyirik ki, bu həftəsonu gördüyümüz iş öz bəhrəsini versin”.

Rauf Hacıyev

Şərh əlavə et