Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Bakıdakı sıralanma turunun son sessiyasında qəza edərək, yekunda 9-cu yeri tutub.
Oskar Piastri: “Sadəcə lazım olduğundan bir az gec əyləclədiyimi düşünürəm. Hələlik heç bir məlumat görməmişəm, amma adətən təkərləri blokladıqda belə hallar baş verir. Təbii ki, çox məyusam.
Maşın yaxşı təsir bağışlayırdı, ona görə də hər şeyin bu cür bitməsi təəssüf doğurur. İlk iki döngəni normal keçdim, amma sonra nə baş verdiyini bilmirəm – ya mən çox sıxdım, ya da yağışın təsiri idi.
Artıq pitdən çıxış dövrəsində bəzi döngələri keçməyin çətin olduğunu hiss edirdim, ancaq üçüncü döngənin elə olduğunu dəqiq deyə bilmərəm. Nə olursa-olsun, hər şeyi başa düşməliyəm. Düşünürəm ki, bir az çox risk etdim və bunun cəzasını çəkdim.
Sabah nə olacağını görəcəyik. Qələbə uğrunda mübarizə aparmaöın real olduğunu düşünmürəm, amma daha yüksək mövqelərə qalxmaq gücümüz var. Maşın bütün həftəsonu sürətli idi və ümid edirəm ki, biz bundan maksimum yararlana biləcəyik”.
Şərh əlavə et