Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı sıralanma turunda on ikinci nəticəni göstərib. Yeddiqat dünya çempionu bu nəticəni komandanın onu həlledici cəhdə uyğun olmayan təkərlərlə buraxması ilə izah edib
Lyuis Həmilton: “Əlbəttə, çox məyus oldum. Cümə günü maşın yaxşı idarə olunurdu, sıralanma turunda isə nəzəriyyədə daha yaxşı görünən sazlamaları seçdik, amma nəticədə…
Yaxşı tempim vardı, irəliləyirdik, özümü inamlı hiss edirdim, səhv etmirdim, dar yerlərə girmirdim. Sadəcə, son cəhddə düzgün təkərləri götürmədim.
Məndən öndə olanların hamısı Medium təkərlərdə idi, ancaq mən əvvəldən hazırlanmış plana görə ikinci cəhddə həmin Mediumu işlətdim. Bu da mənim üçün əlverişsiz vəziyyət yaratdı.
Təkərləri dəyişmək üçün sürətli pit-stop etmək olardı, lakin qərarı mən vermirdim. Mən dəyişmək istədim, amma komanda dedi ki, bu təkərlər çox gec qızır və ya buna bənzər bir səbəb göstərdi. Üstəlik, buna vaxt və yanacaq da çatmazdı. Ən yaxşı vəziyyət deyildi, ancaq komanda ilə bunu müzakirə edəcəyik.
Dediyim kimi, bu həftəsonu çoxlu müsbət məqamlar vardı. Səmimi şəkildə düşünürdüm ki, şənbə günü poul uğrunda mübarizə apara bilərəm, ona görə də nəticəyə görə bir az şok oldum. Amma bunu qəbul edirəm və çalışmağa davam edəcəyəm”.
Şərh əlavə et