Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Bakıdakı yarışa ikinci yerdən başlayıb və finişə üçüncü yerdə çataraq, Williams komandasındakı ilk podiumunu qazanıb.
Karlos Sayns: “Necə xoşbəxt olduğumu və bunun necə gözəl hiss olduğunu sözlərlə ifadə edə bilmərəm. İlk podiumumdan belə gözəl andır.
Bütün il ərzində mübarizə apardıq. Tempimiz olanda, hər şeyi düzgün edəndə yaxşı nəticə qazana biləcəyimizi sübut etdik.
Yarışı səhv etmədən tamamladıq və dünən məğlub etməyi gözləmədiyimiz əksər maşınları geridə qoyduq.
Williams-dakı bütün işçilərin il ərzində çəkdiyi əziyyətə görə onlarla qürur duyuram. Keçən ilə nisbətən nə qədər böyük addım atdığımızı hamıya sübut etdik. Doğru yoldayıq və yüksəlişdəyik.
Həyat belədir. Bəzən gözəl anı yaşamaq üçün pis günlərdən keçməlisən. Bu hər şeydən ləzzətlidir.
Bu özümə və komandama güvənmək üçün həyatın verdiyi bir dərsdir, çünki hər şeyin qarşılığı gec və ya tez qarşılığı olur”.
Şərh əlavə et