Kokpit.az xatırladır ki, italyan sürücü Bakıda qırmızı bayraqlara görə 6 dəfə dayanan sıralanma turunda dördüncü yeri tutub.
Kimi Antonelli: “Sıralanma hamı üçün çətin keçdi. Güclü külək mane olurdu, yağışdan sonra ağ xəttlər buz kimi sürüşkən idi. Belə şəraitdə nə qədər hücum edə biləcəyini anlamaq çətindir, üstəlik, qırmızı bayraqlara görə fasilələr vəziyyəti daha da çətinləşdirirdi. Sıralanma turunda tempini tapmaq vacibdir, amma bu gün bu mümkün deyildi.
Son cəhd üçün Medium təkərləri götürdük, amma tras soyuq və sürüşkən olduğu üçün onları lazımi temperatura qədər qızdıra bilmədim. Üstəlik, son döngədə külək əsdiyi üçün bir qədər vaxt itirdim. Bu itkilər olmasaydı, birinci cərgədə ola bilərdim. Daha yaxşı nəticə qazana bilmədiyim üçün təəssüf edirəm, ancaq bu gün üçün pis olmayan start mövqeyimiz var. Ümid edirəm ki, ilk üçlük uğrunda mübarizə apara biləcəyik”.
Şərh əlavə et