Kokpit.az xatırladır ki, Fernando Alonso Bakıdakı sıralanma turunda üçüncü sessiyaya yüksəlməyi son anda əldən verib. Ləns Stroll isə 14-cü yerlə razılaşıb.
Fernando Alonso (11-ci): “Sıralanma turu gözlədiyimizdən bir az yaxşı keçdi. Qırmızı və sarı bayraqlara görə planlaşdırdığımız bütün sürətli dövrələri vura bilmədik. Medium təkərlərə üstünlük verdik, amma günün yekununa baxanda hansı təkər tərkibinin daha yaxşı işlədiyini demək çətindir.
Külək trasdakı vəziyyəti çətinləşdirdi, hər dövrədə şərtlər fərqli idi. Bu gün də küləkli hava gözlənilir, görək nəticə necə olacaq”.
Ləns Stroll (14-cü): “Sıralanma turunun birinci hissəsi yaxşı keçdi, amma ikinci hissədə cəmi bir neçə təmiz dövrə vura bildim və onların hər birində küləyin istiqaməti dəyişirdi.
Şərait çətin idi, istənilən anda maşın qəfildən asfaltla ilişməni itirə bilərdi. Sabah 14-cü yerdən start alacağam. Görək nəsə edə bilirikmi”.
Şərh əlavə et