Müxtəlif şərait yenə də işə qarışdı və Karlos Saynsa Azərbaycanın paytaxtındakı çətin şəhər trasında ikinci nəticəni göstərməyə kömək etdi.
Williams Racing-in rəhbəri Ceyms Vavlz nəticəni belə şərh edib: “Bu gün yağışın yağıb-yağmadığını söyləmək çətindir, amma trasdakı çoxsaylı kameraların görüntüsünə görə, xırda çiskin var idi. Lakin məni ən çox sevindirən son on gündə komandanın işə yanaşması oldu.
Əvvəllər sıralanma turlarında yaxşı nəticə qazana bilmirdik, tez-tez təkərləri effektiv işlətməkdə çətinlik çəkirdik. Ancaq bu həftəsonu hər dəfə trasa çıxanda, elə ilk dövrədə bu problemi həll edə bildik. Maşının sürətli olması Karlosa belə nəticə göstərməyə imkan verdi. O, bütün çətinliklərə baxmayaraq əla iş gördü.
Mənə elə gəlir ki, bu sıralanma turu məni üç il qocaltdı! (gülür) Çətin oldu, xüsusilə də C6 tərkibli ən yumşaq təkərlərlə düzgün yanaşmanı tapmaq məsələsində…
Bu təkərlər səhvləri bağışlamır, trasda bir dəfə sürüşmə baş versə, dərhal effektivliyini itirir. Bu gün Medium təkərlər daha yaxşı işləyirdi.
Amma başqa amillər də var idi – külək və yağış. Bütün bunların nəticəsində sıralanma altı dəfə qırmızı bayraqla dayandırıldı. Bizim üçün yaxşı xəbər odur ki, maşın hələ cümə günündən sürətli idi. Biz bilirik ki, Maks Ferstappen, McLaren və Ferrari sürücüləri çox güclüdürlər, amma əgər onlardan öndə start alsaq, bu, onlarla mübarizə aparmaq imkanı verir.
Hard təkərlər yarış tempində çox yaxşı işləyir və Karlosun iki dəsti var, bu isə böyük üstünlükdür. Amma heç bir simulyator bazar günü hadisələrin necə inkişaf edəcəyini qabaqcadan göstərmir, çünki bizi təhlükəsizlik maşınının meydana çıxması, virtual safety-car rejiminin tətbiqi və qırmızı bayraqlar gözləyir”.
Şərh əlavə et