Kokpit.az xatırladır ki, britaniyalı sürücü beşinci yerdən başladığı yarışı ikinci yerdə bitirib və 2025-ci il mövsümündə yeddinci podiumunu qazanıb.
Bu yarışdan sonra Mercedes Mühəndislər Kubokunda əsas rəqibi Ferrari-ni dörd xal qabaqlayaraq, ikinci yerə yüksəlib.
Corc Rassell: “Əvvəlcə Karlosu Williams-dakı ilk podiumu münasibəti ilə təbrik edirəm. Bizim üçün inanılmaz nəticə verdi. Podiuma geri qayıtdığım üçün doğrudan da çox sevincliyəm.
Mənim üçün həftəsonu bir az çətin keçdi, amma maşın əla idi. Kiminin də dördüncü yerdə olması çox sevindiricidir.
Sözün açığı, damalı bayrağı görəndə çox rahatlandım. Bu gün özümü cümə və şənbə günlərinə nisbətən yaxşı hiss etdim. İndi bir az dincəlmək üçün səbirsizlənirəm, amma nəticəyə görə çox sevincliyəm.
Komanda olaraq əsas məqsədimiz Ferrari-ni Mühəndislər Kubokunda məğlub etməkdir. Bu gün bu hədəfə doğru gözəl addım atdıq”.
Şərh əlavə et