Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Beşincilik yaxşı nəticə deyil

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, sıralanma turunda beşinci yer yaxşı nəticə deyil.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıda xaotik keçən və altı dəfə qırmızı bayraqlarla dayandırılan sıralanma turunda beşinci yeri tutub.

Corc Rassell: “Dəlisov sıralanma oldu. Beşinci yer sıralanma turunda ala biləcəyimiz maksimal nəticə deyil, amma bu gün üçün yaxşı start mövqeyi verir. Bu, xüsusilə də rəqiblərin çətinliklərini və onların hansı mövqelərdən start alacağını görəndə daha da önəmli olur.

Yalnız külək və tez-tez dəyişən yağış deyil, başqa çətinliklər də var idi. Biz Medium təkərlərlə ilk dəfə işlədik. Bu həftəsonu onları sınamamışdıq. İlk iki sessiyada çox kömək etdilər, ancaq tras soyudu və yağış başladı, biz də son cəhdimizdə Soft götürmək qərarı verdik. Yəqin ki, düzgün qərar idi, amma dövrəni maksimuma çatdıra bilmədim, çünki tras bir az daha sürüşkən olanda ilk çıxanlardan idim.

Şəxsi tərəfdən, bu həftəsonu özümü 100 faiz sağlam hiss etmirdim. Bu da bugünü daha da çətinləşdirdi, lakin ümid edirəm ki, axşam istirahət edib güc toplayacağam və sabah daha yaxşı formada mübarizəyə qayıdacağam. Ümid edirəm, podium uğrunda da savaşmaq mümkün olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et