Stüardların qərarı ilə iki sürücü cərimələnib. Əvvəlcə, Trident komandasının niderlandlı debütantı Lorens van Höpen, Ritomo Miata (ART) və Arvid Lindbladın (Campos) maşınları ilə insidentə səbəb olduğuna görə 10 saniyəlik cərimə alıb. Bununla belə, nəticəsinə əlavə olunan bu cərimə saniyələrindən sonra da Lorens yekun protokolda 17-ci yerdə qalıb.
İkinci sürücü isə DAMS komandasının pilotu Kuş Maini olub. O, Amori Kordil (Rodin Motorsport) ilə 2-ci döngədə təmasa görə cəzalandırılıb. Hadisənin araşdırılmasından sonra müəyyən olunub ki, Maini əyləclənmədə səhvə yol verib və nəticədə 16 nömrəli maşına arxadan çırpılıb.
Müşahidəçilər həmin anda maşınların nisbətən aşağı sürətlə hərəkət etdiyini nəzərə alaraq, bunu yüngülləşdirici hal kimi qiymətləndiriblər və hindistanlı sürücü yalnız 5 saniyəlik cərimə ilə kifayətlənib. Lakin Maini sprinti başa vura bilmədiyi üçün bu cəza start mövqeyinə tətbiq olunub və o, əsas yarışa üç sıra geridən başlamaq məcburiyyətində qalıb.
Əsas yarış isə kifayət qədər maraqlı olacağı vəd edilirdi. Çünki ilk 3 cərgədə start alan beş sürücüdən dördü titul uğrunda mübarizə aparan pilotlar idi.
Cek Krouford mövsümdə ikinci dəfə poul mövqeyini qazanıb. Onun yanında lider Leo Fornarolinin sarı rəngli Dallara maşını dayanıb. Üçüncü yerdən Gabriele Mini start alıb, dördüncü və beşinci yerlərdə isə Aleks Dan və Lyuk Brouning qərarlaşıblar. Mini artıq titul şansını itirsə də, heç kimə asanlıqla yol vermək niyyətində olmayıb.
Start nisbətən sakit keçib. Fornaroli ilk metrlərdə Kroufordu qabaqlayıb və liderliyi ələ alıb. Mini də ikinci yerə yüksəlib, lakin Cek ikinci dövrədə yerini geri qaytarıb. Dan və Brouning isə uğursuz startla bir neçə mövqe itirib. Bunun əksinə, Formula 2-də debüt edən Martinius Stenshorn 4-cü pilləyə qədər yüksəlib.
Beşinci dövrədə Stenshorn 1-ci döngədə səhvə yol verib və baryerlərə çırpılıb. Onun maşını ciddi zədələnib, tras qırıntılarla örtülüb və təhlükəsizlik maşını meydana çıxıb. Ehtimal edilib ki, insidentdə Pepe Martinin də rolu olub, lakin o, radio vasitəsilə komandasına bununla bağlı məsuliyyət daşımadığını bildirib.
Əksər sürücülər fürsətdən istifadə edərək pit-stop ediblər. Lakin Fornarolini pit-stopda vaxt itkisi yaşayıb və liderlik Miniyə keçib. Krouford ikinci, Marti üçüncü, Fornaroli isə yalnız dördüncü olub.
8-ci dövrədə Krouford Miniyə hücum edərək önə keçib, lakin Gabriele DRS və hava kisəsi sayəsində dərhal liderliyini bərpa edib. 10-cu dövrədə isə Cek eyni manevri təkrarlayaraq liderliyi yenidən ələ alıb. Onlar ön qrupdan aralanıb, arxada isə Dan, Marti və Fornaroli arasında mübarizə qızışıb.
13-cü dövrədə Fornaroli Dana toxunaraq onu trasdan kənara çıxarıb. Dan çox yer itirib və 10-cu yerdə mübarizəyə qayıdıb. Fornaroliyə 10 saniyəlik cərimə verilib.
Coşuq Dürksen 15-ci yerdən start almasına baxmayaraq, möhtəşəm performansla üçüncü yüksəlib yüksəlib və Martini geridə qoyub. Mini də sürət itirərək Dürksenin arxasına düşüb.
Yarışın sonuna yaxın Dürksen Krouforda ciddi təzyiq göstərsə də, Cek üstünlüyünü qoruyub və cəmi 0.2 saniyə fərqlə qələbə qazanıb.
Beləliklə, Aston Martin-in ehtiyat sürücüsü Cek Krouford 25 xal toplayaraq çempionatda ikinci yerə yüksəlib. Fornaroli aldığı cəriməyə baxmayaraq, yalnız bir yer itirib. Brouninq isə günün əsas itirənlərindən olub.
Bu nəticələr Formula 2-də titul mübarizəsini daha da gərginləşdirib. İndi hər kəs noyabrda Qətərdə və dekabrda Əbu-Dabidə keçiriləcək son dörd yarışa köklənib.
Şərh əlavə et