Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan-2025: Yağış ehtimalı azdır

Cümə günü Bakıda hava quru və günəşli olub, şənbə isə külək maneə yaradıb və ara-sıra yağış yağıb. Yarış günündə də sürprizlər mümkündür.

Kokpit.az xəbər verir ki, pilotlar isinmə dövrəsinə yerli vaxtla saat 15:00-da çıxacaqlar. Həmin vaxt hava dəyişkən buludlu, temperaturu 20 dərəcə olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Yağıntı ehtimalı isə 10%-dən çox deyil.

Ötən gün sıralanma turu 6 dəfə qırmızı bayraqlarla dayandırılmışdı. Bir qədər yağış yağarsa, bizi olduqca xaotik yarış gözləyir.

Elçin Zodorov

Şərh əlavə et