Kokpit.az xatırladır ki, fransalı sürücü bugünkü Azərbaycan yarışına səkkizinci yerdən start verəcək.
Ayzek Hacar: “Çətin gün oldu, amma komanda üçün əla nəticədir. Mən sıralanma turunu son dövrənin sonuncu döngəsinə qədər ideal aparırdım, amma orada bordürü həddindən artıq aqressiv keçdim və 0.8 saniyə itirdim.
Sıralanma turunda ən vacib olan şey trasda qalmaq idi, ancaq eyni zamanda maksimum həddə hücum etmək lazım gəlirdi. Maşın inanılmaz dərəcədə sürətlidir və qırmızı bayraqdan sonra daha bir cəhd etmək istəyirdim, lakin səhv etdim. Bununla belə, bu gün xal qazanmaq üçün yaxşı mövqedəyəm, baxmayaraq ki, daha artığını gözləyirdim. Hələ hər şey qabaqdadır”.
Şərh əlavə et