Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Okon diskvalivikasiya olunub

Azərbaycan Qran Prisinin stüardları Esteban Okonu texniki reqlamentə uyğun gəlmədiyi üçün təsnifat protokolundan çıxararaq, diskvalifikasiya ediblər.

Təsnifat mərhələsindən sonra aparılan yoxlama zamanı məlum olub ki, Haas VF-25 maşınının arxa qanadının planı sol tərəfdə 0,6 millimetr, sağ tərəfdə isə 0,825 millimetr əyilir. Halbuki reqlamentə görə icazə verilən hədd 0,5 millimetrdən çox olmamalıdır.

Haas komandasının nümayəndələri pozuntunu etiraf edərək, bunu həmin detalın istehsalı ilə bağlı problemlərlə izah ediblər.

Esteban Ocon isə yarışa yeni arxa qanadla start ala biləcək.

Rauf Hacıyev

Şərh əlavə et